“Portu”nun qapıçısı İker Kasilyas Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Beşiktaş”a qarşı keçirilən oyunda meydana start heyətində çıxıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan qolkiper artıq 19-cu mövsümdür ki, ÇL-də çıxış edir. Bununla da o, Rayan Giqqzin göstəricisini təkrarlayıb.
Kasilyas 1999/2000 mövsümündən qitənin ən mötəbər klub turnirində fasiləsiz çıxış edir ki, bu, turnirin mütləq rekordudur.
Bundan başqa, Kasilyas ÇL-in qrup mərhələsində 165 (təsnifat mərhələsi də nəzərə alınmaqla 174) oyun keçirib və bu da rekord göstəricisidir
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.