“Qəbələ” Topaz Premyer Liqanın 5-ci turunun hazırlıqlarını davam etdirir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, birgünlük istirahətdən sonra sentyabrın 12-də Bakıda bir araya gələn “qırmızı-qaralar” məşqlərini paytaxtda gerçəkləşdirir. Komanda Premyer Liqanın debütantı “Səbail”lə səfər matçının hazırlığı çərçivəsində gündə bir dəfə məşqə çıxır. Zədə səbəbindən iki futbolçu məşq prosesindən kənar qalıb. Bunlar ötən turun “Zirə” ilə matçında zədələnən Filip Ozobiçlə Stiven Jozef-Monrozdur.
Xatırladaq ki, “Səbail” – “Qəbələ” oyunu sentyabrın 17-i keçiriləcək
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.