Topaz Premyer Liqasının V turunun “Səbail”lə oyununa hazırlaşan “Qəbələ” ötən gün yoxlama matçı keçirib. Hazırlığını Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” paytaxtda MOİK-lə görüşüb. Qarşılaşmadakı bütün qollar ikinci hissəyə təsadüf edib. Fasilədən az sonra paytaxt futbolçuları hesabı açıb. Az keçməmiş “Qəbələ” hesabda tarazlıq yaradıb. 50-ci dəqiqədə Endi Hallidey fərqlənib. Bu qoldan 9 dəqiqə sonra Roman Hüseynov I divizion təmsilçisinin qapısına yol tapıb – 2:1
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.