UEFA Rusiyanın “Spartak” (Moskva) klubu ilə bağlı araşdırmaya başlayıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda keçirilən “Maribor” – “Spartak” oyununda klubun rus azarkeşlərinin məşəl yandırması və hakimə tərəf yandırıcı maddələr atması səbəb olub.
Yekun nəticənin sentyabrın 21-i açıqlanacağı bildirilib.
Qeyd edək ki, , “Maribor” – “Spartak” görüşü 1:1 hesabı ilə başa çatıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.