"Atletiko" (Madrid) klubunun futbolçusu Anton Qrizman maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, RTL kanalına danışan fransız futbolçu daha öncə "Barselona"nın təklifini rədd etdiyini bildirib:
"Barselona"dan təklif almışdım. Lakin mənim ilk öncə B, daha sonra A komandasında oynamağımı istədilər. Daha öncə də "Real Sosyadad"ın heyətində ikinci liqada oynamışdım. Yenidən aşağı liqada oynamaq istəmədiyim üçün "Barselona"nın təklifini rədd etdim".
Qeyd edək ki, Qrizman mövsümün əvvəlində 30 milyon avro müqabilində "Real Sosyedad"dan "Atkletiko"ya transfer olunub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.