banner
banner

İdman

Azad Rəhimov Minskə səfər edəcək

Azad Rəhimov Minskə səfər edəcək

Gənclər və idman naziri Azad Rəhimov Türkmənistanın paytaxtı Aşğabad şəhərində keçirilən V Asiya oyunlarının açılış mərasimində iştirak edib.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, səfəri çərçivəsində A.Rəhimov bir sıra ölkələrin nümayəndə heyətlərinin üzvləri, o cümlədən, Türkiyənin gənclər və idman naziri, Belorusun idman və turizm naziri, Rusiya Federasiyası Tatarıstan Respublikasının gənclər və idman naziri və bir sıra beynəlxalq qurumların rəhbərləri ilə görüşlər keçirib.

21 sentyabr tarixdən etibarən isə A.Rəhimovun Minskə səfəri başlayır. Səfərin əsas məqsədi Minsk 2019 II Avropa oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və hazırlıq prosesi ilə yaxından tanış olmaqdır.

Kooordinasiya komissiyasının iclası çərçivəsində oyunların rəsmi proqramı, idman yarışlarının proqramı, atletlər kəndində görüləcək işlər, Milli Olimpiya Komitələri ilə işin qurulması, yayım, marketinq, könüllülük, nəqliyyat və digər mövzular müzakirə olunacaq.

Səfər çərçivəsində Minsk 2019 II Avropa oyunları Koordinasiya komissiyasının üzvü A.Rəhimov yarışların keçiriləcəyi Minsk Arena, Gimnastika arenası, velosiped mərkəzi, badminton mərkəzi və digər idman obyektlərinə də səfər edəcək.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.