banner
banner

İdman

Avropanın məşhur klubu 1 avroya satıldı

Avropanın məşhur klubu 1 avroya satıldı

Avropanın köklü klublarından olan "Parma" cari mövsüm çətin günlərini yaşayır.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, maliyyə problemləri ilə üzləşən klub 1 avroya satılıb.

Borcları ödəyə bilməyən "Parma"nı sahibləri Tomasso Girardi və Rezart Taçi klubu "Mapi" qrupuna satmaq məcburiyyətində qalıb. "Parma"nın yeni prezidenti təyin olunan Campietro Manenti mövcud vəziyyətdən çıxmaq üçün qısa zaman kəsiyində ciddi addımlar atmalı olduqlarını bildirib.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası futbolçuların və məşqçilər heyətinin borclarını ödəyə bilmədiyi üçün "Parma"nın 1 xalını silmişdi. Komandanın aparıcı futbolçusu Antonio Kassano isə ötən ay komandadan ayrılıb.

Xatırladaq ki, "Parma" A Seriyasında geridə qalan 21 turdan sonra 9 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.