Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
ANS PRESS xəbər verir ki, CNN-nin məlumatına görə, Vaşinqtonun təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Obama Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb və qeyd edib ki, Kiyevlə Rusiya-yönümlü qüvvələr arasında danışıqlar prosesinin bərpa edilməsi sülhü bərqərar etmək imkanı ola bilər.
Barak Obama həmçinin Ukraynada münaqişə qurbanlarının sayının artmasından dolayı narahatlığını ifadə edib və Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin görüşlərindən sonra Minsk razılaşmasının həyata keçiriləcəyinə ümid etdiyini deyib.
ABŞ prezidenti Kremlin bundan sonra da Ukraynadakı Rusiya-yönümlü qüvvələri dəstəkləsinin Rusiyaya baha başa gələ biləcəyini də deyib.
Kreml hələlik Obama ilə Putin arasında telefon danışığının öz versiyasını təqdim etməyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.