Həmkarlar İttifaqının qərarı ilə Yunanıstanın bütün kütləvi informasiya vasitələri (KİV) 24 saatlıq tətil edir.
Bu addımla əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarının pozulmasının dayandırılması tələb olunur.
Beləliklə, sentyabrın 27-si səhər saat 06:00-dək radio və televiziyalarda xəbər buraxılışı olmayacaq, saytların əksəriyyəti işləməyəcək.
Həmkarlar İttifaqının bəyanatında bildirilir ki, əlavə sığorta və yardım üzrə vahid jurnalist təşkilatı - EDOEAP-ın saxlanması üçün hökumət və işəgötürənlərlə bir il davam edən danışıqlar nəticə verməyib. Bu fondun sayəsində jurnalistlər əlavə pensiya, zərurət yarandığı halda birdəfəlik maliyyə yardımı, tibbi sığorta alırdılar.
Son illərdə maliyyə böhranı səbəbindən fond çətinliklər yaşayır və onun saxlanması üçün vəsait lazımdır.
Həmkarlar İttifaqı bildirir ki, işəgötürənlər fondun işinə mane olur və EDOEAP-a ödəniş etmirlər. Digər tərəfdən, hökumət məsələ ilə əlaqədar qərar qəbul etmir.
Tətil edən KİV əməkdaşları mətbuat azadlığı da tələb edirlər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.