banner
banner

İdman

"Beşiktaş" və "Real"dan qələbə

"Beşiktaş" və "Real"dan qələbə

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə E, F, G və H qrupunda yer alan komandalar meydana çıxıb.

E qrupunda Moskva “Spartak”ı “Liverpul”u qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. İlk turda “Liverpul” səfərindən 1 xalla qayıdan “Sevilya” isə “Maribor”u sınağa çəkib və 2 cavabısz qolla qalib gəlib.

Birinci turu qələbə ilə başa vuran “Mançester Siti” və “Şaxtyor” birincilərin meydanında üz-üzə gəlib. Görüş ingilislərin qələbəsi ilə başa şatıb - 2:0. “Napoli” isə ilk qələbəsini “Feyenord” üzərində qazanıb - 3:1.

Səfərdə “Portu”nu məğlub etməklə turnirə əla start verən “Beşiktaş” ardıcıl ikinci qələbəsini debütant “Leypsiq” üzərində qazanıb - 2:0. “Monako” doğma divarlar arasında gözlənilmədən "Portu"ya 3 qolla uduzub.

Günün ən çox maraq doğuran matçı Dortmundda oynanılıb. “Borussiya” “Real”la üz-üzə gəlib. Qonaqlar 3:1 heablı qələbə qazanıb. “Tottenhem” isə Kiprə səfərində APOEL-ə 3 cavabsız qolla qalib gəlib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.