banner
banner

İdman

"Qarabağ" "Roma"ya minimal hesabla uduzdu

"Qarabağ" "Roma"ya minimal hesabla uduzdu

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.
Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası İtaliyanın “Roma” klubunu qəbul edib və 1:2 hesabı ilə uduzub. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdar olub. Ağdam təmsilçisi sözügedən qarşılaşmada həmçinin ÇL-in qrup mərhələsində ilk qolunu vurub. Pedro Enrike 29-cu dəqiqədə tarixi qolun müəllifi olub.
Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.
27 sentyabr
Çempionlar Liqası

Qrup mərhələsi, 2-ci tur
C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) - 1:2
Qollar: 
Kostas Manolas, 7 (0:1), Edin Ceko, 15 (0:2), Pedro Enrike, 29 (1:2)
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu   

22:45.”Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)

1.

Roma

1

1

1

0

2:1

4

2.

Çelsi

1

1

0

0

6:0

3

3.

Atletiko

1

0

1

0

0:0

1

4.

Qarabağ

2

0

0

2

1:8

0



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.