banner
banner

İdman

“Roma” nəticəyə görə çox narahat idi" - Rəşad Sadıqov

“Roma” nəticəyə görə çox narahat idi" - Rəşad Sadıqov

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Roma” ilə oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bütün oyunlardan öncə yaxşı nəticə qazanacağımıza inanırıq. Amma matçın əvvəli bizim üçün gözlənilməz başladı. Ümumiyyətlə, qrupda keçirdiyimiz hər iki oyuna həyəcanla başlamışıq. Vəziyyəti öz xeyrimizdə dəyişmək istəsək də, rəqib futbolçuların ustalıq səviyyəsinin üstün olması bizə problem yaratdı. Şükürlər olsun ki, erkən qoldan sonra “sınmadıq” və oyunda dönüş yarada bildik. İkinci hissədə xeyli qol imkanımız olsa da, onlardan istifadə edə bilmədik. Düşünürəm ki, 1 xal qazanıb tarix yaza bilərdik. Təəssüflər olsun ki, bunu edə bilmədik.

- Edin Cekonun qapımıza vurduğu qol zamanı nə baş verdi?

- Ümumiyyətlə, “Roma”nın belə düşünülmüş hücumları var və bunu bilirdik. Sadəcə, həmin epizodda rəqibə daha rahat oynamağa şərait yaratdıq və Ceko bizi cəzalandırmağı bacardı. Ceko yaxşı hücumçudur və ona qarşı oynamaq çox çətindir.

- Necə düşünürsünüz, “Roma” bu oyuna görə “Qarabağ”dan çəkinməlidir?

- Fikrimcə, “Roma” futbolçuları ikinci hissədə nəticəyə görə çox narahat idilər.

- Demək olar ki, hakim bütün şübhəli qərarları “Roma”nın xeyrinə verdi. Onunla bu haqda söhbətin oldu?

- Xeyr, bu məsələ barədə fikir mübadiləsi aparmadıq.

- Tribunalarda möhtəşəm azarkeş dəstəyi var idi. Bu barədə nə deyə bilərsən?

- Möhtəşəm atmosfer var idi. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, onlar da stadiona gəldikləri üçün peşman olmadılar. Əlbəttə, azarkeşləri qələbə ilə sevindirmək istəsək də, alınmadı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.