"Stadiondan qürur hissi ilə ayrılıram" - Tahir Gözəl
"Yağışa baxmayaraq möhtəşəm enerji vardı. Təxminən 55 min azarkeş gəlmişdi. Rəqib ilk dəqiqlərdə buraxdığımız kobud səhvələri bağışlamadı". Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Roma"ya 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərədeyib.
O bildirib ki, "Qarabağ" hesabı 1:2 etdikdən sonra oyunda ab-hava dəyişib: "Bundan sonra rəqib bizdən çəkindi. Bu gün çox yaxşı mübarizə aparan qeyrətli bir komanda gördüm. Çox möhtəşəm oyun oldu. Bütün dünyanın gözü burda idi. Bura Çempionlar Liqasıdır, Avroliqa deyil. Nəhənglərin yarışdır. Stadiondan qürur hissi ilə ayrılıram. Ən azı heç-heçe olmalı idi".
T.Gözəlin sözlərinə görə, evdə geniş azarkeş kütləsi qarşısında oynamaq böyük üstünlükdür: "Hesab 0:2 olanda gözüm "Qarabağ"da idi. Baxırdım görüm ab-hava pozulacaqmı. Gördüm ki, özlərin itirmədilər, içim rahatladı. Bildim ki, komandamız rəqibin cavabın verəcək. Vətəndə oynamağın böyük üstünlüyü var. Yaxşı mübarizəyə görə kollektivə təşəkkür edirəm"
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.