banner
banner

İdman

"İnter" "Neftçi"yə, "Qəbələ" "Kəpəz"ə qarşı

"İnter" "Neftçi"yə, "Qəbələ" "Kəpəz"ə qarşı

Bu gün Topaz Premyer Liqanın 7-ci turuna start veriləcək.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki oyun keçiriləcək.

Turun açılış matçında "İnter" "Neftçi"ni qəbul edəcək. Bu mövsüm qələbəyə həsrət qalan "ağ-qaralar" ardıcıl son üç oyunda məğlub olur. Tərlan Əhmədovun komandası autsayderdən uzaqlaşmaq üçün səfər oyununda üç xal qazanmalıdır. 

Günün digər matçındə isə "Qəbələ" autsayder "Kəpəz"i qəbul edəcək.  

Qeyd edək ki, sabah "Səbail" "Sumqayıt"ı, oktybarın 1-də isə "Qarabağ" "Zirə"ni qəbul edəcək.



29 sentyabr (cümə)

Topaz Premyer Liqa, 7-ci tur

16:00.“İnter” – “Neftçi”
Hakimlər:
 Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev
“İnter Arena”

18:30. “Qəbələ” – “Kəpəz”
Hakimlər:
 İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

30 sentyabr (şənbə)

18:00.“Səbail” – “Sumqayıt”
Hakimlər:
 Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov
“Dalğa Arena”

1 oktyabr (bazar)

18:00.“Qarabağ” – “Zirə”
Hakimlər:
 Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika Stadionu

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 5 5 0 0 12-3 15
2 Zirə 6 4 2 0 12-5 14
3 Qəbələ 6 4 1 1 7-6 13
4 İnter 6 2 2 2 7-7 8
5 Sumqayıt 6 2 1 3 6-10 7
6 Səbail 5 2 0 3 4-6 6
7 Neftçi 6 0 1 5 3-9 1
8 Kəpəz 6 0 1 5 3-11 1


Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə") – 3



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.