La Liqa təmsilçisi "Las-Palmas"ın yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Manolo Markesin istefa verməsindən boş qalmış baş məşqçi vəzifəsinə Pako Ayestaran təyin edilib.
Qeyd edək ki, P.Ayestaran son olaraq "Valensiya"nı çalışdırıb.
Xatırladaq ki, M.Markes La Liqanın 6-cı turunda "Leqanes"ə 0:2 hesablə məğlubiyyətdən sonra istefa verib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.