banner
banner

İdman

AVRO-2017: Serbiya çempion oldu

AVRO-2017:

Bu gün Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin son günündə yarışın qalibi və üçüncü yerin sahibi bəlli olub.

İlk olaraq bürünc medallar öz sahibini tapıb. Saat 16:00-da zala Azərbaycan və Türkiyə milliləri daxil olublar. Qitə birinciliyində yarımfinala yüksəlməklə tarixinin ən yaxşı nəticəsini yeniləyən Faiq Qarayevin yetirmələri növbəti rekorda imza ata bilməyib.

Belə ki, “ay-ulduzlular” üzərində əldə olunacaq mümkün qələbə yığmamızın tarixinə ilk medal kimi düşəcəkdi. Ancaq komandamız gözlənilənlərin əksinə çox zəif çıxış edib. Voleybolçularımız ilk setdə qalib gəlsə də, sonradan Türkiyə qarşısında duruş gətirə bilməyiblər. Xüsusilə 3 və 4-cü setdə imkanlarının çox aşağısında oynayan Faiq Qarayevin yetirmələri yekunda meydanı başıaşağı tərk ediblər.

Finalda isə Hollandiya və Serbiya kimin ən güclü olduğunu aydınlaşdırıblar. Rəqibinə 3:1 hesabı ilə qalib gələn serblər qitənin ən güclüsü adını qazanıblar.

Avro – 2017

1 oktyabr

Bürünc medal uğrunda oyun

Azərbaycan – Türkiyə - 1:3 (25:22, 21:25, 14:25, 8:25)

Final

Hollandiya – Serbiya - 1:3 (20:25, 22:25, 25:18, 18:25)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.