banner
banner

İdman

Gəncə stadionuna baxış keçirildi

Gəncə stadionuna baxış keçirildi

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi yekunlaşmaq üzrədir.
İşlər tamamlanmaq mərhələsində olduğundan qazon yoxlamadan keçirilib. 
Bunun üçün arenada işləri həyata keçirən SİS şirkətinin əməkdaşları Gəncəyə gediblər. Şirkətin portuqaliyalı və türkiyəli mütəxəssisləri vəziyyətlə yerində tanış olublar. Xüsusi texniki cihazlar vasitəsi ilə sahəyə baxış keçirilib, müvafiq qeydiyyatlar aparılıb. Meydançanın stabilliyinə, qazonun sərtliyinə nəzər salınıb, ot örtüyünün keyfiyyətinə baxılıb. 

Təftişlə bağlı SİS şirkətinin meydançalara baxım işləri üzrə direktoru Karlos Reyis kapazpfc.az saytına açıqlama verib: “Bu, test yoxlamasıdır. Deyə bilərəm ki, meydança sınaqdan uğurla keçdi. Vəziyyət yaxşıdır. Gəncədəki bu meydança Avropa stadionlarında olduğu kimi salınıb. Keyfiyyət eynidir. Qazonun hazırlanmasında görülən işlər, spesifik xüsusiyyətlər, texniki göstəricilər dünya çempionatına ev sahibliyi edəcək Rusiyada saldığımız 6 meydançadan heç də fərqlənmir. Eyni şərtlər altında iş görüldüyündən duruma xas olan səciyyəvi özəlliklər də üst-üstə düşür. Hətta deyərdim ki, burada ot örtüyünün şəraiti daha yaxşıdır. Meydançanın ətrafı açıq olduğu üçün havalandırması əladır. Bu da arenanın üstünlüyüdür”.  

"Kəpəz"in ev oyunlarını keçirdiyi arenanın müasir standartlara cavab verən yeni ot örtüyünün yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, may ayının əvvəlindən başlanan işlər AFFA-nın maliyyə dəstəyi ilə aparılır



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.