İraq Kürd Muxtariyyətində keçmiş prezident Cəlal Təlabaninin ölümü ilə bağlı 7 günlük matəm elan edilib. Bu barədə İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani qərar verib.
Məsud Bərzani bildirib ki, Cəlal Təlabani kimi bir liderin ölümü böyük itkidir və onun yerini də doldurmaq asan olmayacaq.
Qeyd edək ki, 83 yaşında vəfat edən Cəlal Təlabani 2005-2014-cü illərdə İraq prezidenti olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.