Türkiyə kosmik stansiyanın tikintisi haqqında qərar qəbul edib. Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Binəli Yıldırım məlumat verib.
"Kosmik stansiyanın tikintisi haqqında qanun layihəsi artıq Türkiyə parlamentinin müzakirəsinə göndərilib", - deyə baş nazir Eksişehir vilayətində vertolyotlar üçün detalların və ehtiyat hissələrinin istehsalı üzrə zavodun açılış mərasimində bildirib.
Onun sözlərinə görə, bu qərar əhalinin rifahı üçün, kosmik və aviasiya texnologiyaları və təbii ehtiyatlardan istifadə edilməsi hesabına ölkədə inkişafı və təhlükəsizliyi təmin etmək məqsədi ilə qəbul edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.