banner
banner

Dünya

Fələstindən UNESCO-ya müraciət

Fələstindən UNESCO-ya müraciət

Fələstin hökuməti Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatına (UNESCO) müraciət ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, Fələstin hökuməti Diyanət işləri və islami əlaqələr müşaviri Mahmud əl-Həbbaşın bu barədə yazılı açıqlama etdiyi bildirilir. 

O, Qüds şəhərindəki Məscidi-Əqsanın qapısı yaxınlığına ərəbcə, ibranicə və ingiliscə “Süleyman məbədi” yazılmış lövhənin vurulmasını yəhudilik adı altında yeni bir kimlik çıxarmaq istəyi kimi qiymətləndirib. 

“İşğal etdiyi torpaqlarda yəhudiləşmə apararaq ərəb-islam izlərini məhv etmək siyasəti heç bir nəticə verməyəcək və həqiqəti dəyişdirməyəcək. Qüds şəhəri Fələstinin dini, siyasi paytaxtı olaraq qalmağa davam edəcək” – deyə Həbbaş bildirib. 

Həbbaş bu səbəblə də Qüdsdəki mədəni mirasın məhv edilməsinin, tarixi izlərin silinməsinin qarşısını almaq üçün UNESCO-nu təcili qərar veməyə çağırıb. 

Qeyd edək ki, Məscidi-Əqsada tez-tez müsəlmanlarla israilli əsgərlər, polislər arasında gərginliklər baş qaldırır.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.