banner
banner

Dünya

ABŞ-da təyyarə qəzası: 4 ölü

ABŞ-da təyyarə qəzası: 4 ölü

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təyyarə qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Florida ştatının Mayami şəhərinin cənub-qərbində “Beechcraft-1990” tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayaraq parçalanıb. Qəza nəticəsində təyyarənin bortunda olan 4 nəfər həlak olub. 

Təyyarənin Kendall hava limanından Terks və Kaykos adalarına uçduğu bildirilir. Lakin havaya qalxdıqdan bir neçə dəqiqə sonra Yerə düşüb. İlkin ehtimallara əsasən, qəzaya səbəb təyyarədə yaranan texniki nasazlığın olduğu qeyd edilir. 

Bundan başqa, aviaqəzanın baş veridyi yerdə elektrikötürmə xətləri sıradan çıxıb və ərazidə yanğın meydana gəlib. Yüzlərlə ev işıqsız qalıb, əlavə zərərçəkən olmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.