banner
banner

İdman

“Qəbələ” “Xəzər Lənkəran”ı darmadağın etdi

“Qəbələ” “Xəzər Lənkəran”ı darmadağın etdi

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. 

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb. 

U-19 Gənclər Liqasında “İnter”i 4:0 hesabı ilə məğlub etdikdən sonra səfərdə “Səbail”dən güclü olub - 1:0. Üç oyunda 9 xal toplayan “qırmızı-qaralar” yarışın lideridir.

U-17 IV turda “Xəzər Lənkəran”ı qəbul edib. 7:0 hesabı ilə qələbə qazanan “Qəbələ” 10 xalla 2-ci sırada qərarlaşıb. U-15 səfərdə “Turan”a 6 cavabsız qol vurub. 4 xala malik “Qəbələ” 3-cü pillədə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandaları meydana çıxıb. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” İsmayıllı UGİM-ini 10:0, UGİM isə Yevlaxın UGİM-ini 5:0 hesabı ilə məğlub edib. 3 turdan sonra “Qəbələ”nin 9, UGİM-in 6 xalı var. 

U-11 Liqasındakı təmsilçilərimiz də eyni rəqiblərlə görüşüb. “Qəbələ” İsmayıllı təmsilçisini 13:0, UGİM Yevlaxın komandasını 5:1 hesabı ilə üstələyib. Burada da “Qəbələ”nin 9, UGİM-in 6 xalı var. U-10 Liqasında “Qəbələ” Ağdaşın UGİM komandasını 19:1 hesabı ilə yenib. Digər iki “Qəbələ” təmsilçisi Gİİ və UGİM-in duelində birincilər 5:2 hesabı ilə qalib gəlib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.