banner
banner

İdman

"Xəzər Lənkəran"da maliyyə problemi yoxdur"

"Xəzər Lənkəran"da maliyyə problemi yoxdur"

"Xəzər Lənkəran" klubunun kapitanı Rahid Əmirquliyev "Neftçi" ilə oyundan (0:2) sonra Qol.Az saytının suallarını cavablandırıb


- Görüş haqda fikirlərini bilmək istərdik...

- Birinci hissədə yaxşı oynadıq. Bir neçə qol imkanımız oldu. Təəssüf ki, həmin fürsətlərdən yararalana bilmədik  Qol buraxdıqdan sonra komandamızın ruhdan düşməsi əsas problemlərimizdəndir. Mən bunu heyətimizin gənclərdən təşkil olunması ilə əlaqləndirərdim..
 
-“Xəzər Lənkəran” bu heyətlə nəyə nail ola bilər?

- Perespektivli futbolçularımız var. Təbii ki, bu heyətlə avrokuboklara yollanmaq mümkün deyil.  Amma komandamızda milli üçün yeni futbolçular yetişir.  Onlar oynadıqca təcrübələri də artacaq. Həmin gənclərə inanmaq lazımdır.
 
- “Neftçi”nin oyunu haqda nə deyə bilərsən?

- Biz “Neftçi”dən üstün oynadıq. Sadəcə  yaratdığımız şanslardan istifadə edə bilmədik. Bu da təcrübəsizlikdən irəli gəlir. Bəxtsizlik də öz sözünü dedi.
 
- Müdafiə xətti hər iki qolda kobud səhvə yol verdi. 

-Buraxılan qollarda təkcə müdafiəçiləri günahlandırmazdım. Sadəcə qol buraxdıqdan sonra komanda ruhdan düşür. Bunda əvvəl uduzduğumuz oyunlarda da belə oldu. Oyunu analiz edəcəyik, səhvlərimizi görəcəyik.
 

 - Son vaxtlar “Bakı” və “Xəzər Lənkəran”ın gəncləşdirmə siyasəti nəticəsində çempionatın səviyyəsinin aşağı düşdüyünü iddia edirlər. Bu fikirlə razısan?

- Onunla razıyam ki, çempionatın səviyyəsi aşağı düşüb.“Bakı” və “Xəzər Lənkəran” kimi komandaların iddiasının azalması istər-istəməz çempionata təsir etməlidir. İddialılar azalırsa, hansı səviyyədən danışırıq?
 
- Gəncləşdirmə siyasəti maliyyə böhranı ilə əlaqələndirənlər də var.

- “Xəzər Lənkəran”da  heç bir maliyyə problemi yoxdur.  Biz maaşlarımızı vaxtlı-vaxtında alırıq. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.