"Mançester Yunayted"də sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, Antoni Marsyal ötən ayın ən yaxşı oyunçusu seçilib. 21 yaşlı hücumçu 41 faiz səs toplayıb. Romelu Lukaku ikinci (31 faiz), Maruan Fellaini (20 faiz) üçüncü olub.
Qeyd edək ki, A.Marsyal sentyabrda 3 qol vurub, 2 qolun ötürməsini verib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.