banner
banner

Dünya

Rohinca müsəlmanlarını daşıyan qayıq batdı - 2 ölü, 30 itkin

Rohinca müsəlmanlarını daşıyan qayıq batdı

Banqladeşdə Myanmardan qaçan rohinca müsəlmanlarını daşıyan qayıq batıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər boğularaq ölüb, 30 nəfər itkin düşüb.

 

İnsident Banqladeş-Myanmar sərhədi yaxınlığında, Naf çayında qeydə alınıb. Qayığın batmasına güclü külək səbəb olub. Qayıqda ümumilikdə 40 nəfərin olduğu, 8 nəfərin xilas edildiyi bildirilir.

 

Hazırda hadisə yerində Banqladeş sahil mühafizəsi xilasedici əməliyyat aparır. Son hesablamalara görə, Myanmardan Banqladeşə üz tutan rohincaların sayı 800 mini keçib.

 

Xatırladaq ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.