Gələn il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək komandalardan artıq 19-nun adı məlumdur.
Qol.az-ın məlumatına görə, son olaraq Avropa zonasından Fransa və Portuqaliya mundiala vəsiqəni təmin edib.
Daha öncə isə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, İslandiya və Serbiya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.