Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı prosedurları təktərəfli olaraq sərtləşdirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İqtisadiyyat İnkişaf Nazirliyinin açıqlamasında deyilib.
“Rusiya Türkiyənin yeni qaydaları ilə bağlı tədbirlər görməyib. Bu, partnyorlarımızın qəbul etdiyi təktərəfli qərardır. Türkiyənin Rusiya məhsullarının idxalı ilə bağlı qəbul etdiyi yeni qaydaların ən qısa zamanda ləğv edilməsini arzu edirik”, - bəyanatda bildirilib.


