İngiltərə Premyer Liqasını 25-ci turunun "Tottenhem"lə oyunu (3:2) "Liverpul" üçün əlamətdar olub.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, oyunda hesabı açan Liverpul təmsilçisi Premyer Liqada vurduğu qolların sayını 4000-ə yüksəldib.
Matçın 15-ci dəqiqəsində fərqlənən Lazar Markoviç "Liverpul"un ev oyunlarında vurduğu 4000-ci qolun müəllifi olub.
Qeyd edək ki, "Liverpul" bu göstəricidə yalnız "Aston Villa" (4025) və "Everton"dan (4208) geri qalır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.