banner
banner

İdman

"Atletiko"nun futbolçusu: "Baş məşqçimizə qulaq asmalıyıq"

"Atletiko"nun futbolçusu:

"Bilirik ki, "Qarabağ"la Bakıda keçirəcəyimiz oyun asan olmayacaq. Lakin biz yolumuza davam etməli, çoxlu qol vurmalı və çoxlu qələbə qazanmalıyıq".
Bunu İspaniya "Atletiko"sunun futbolçusu Tomas Partey klubun mətbuat xidmətinə açıqlamasında deyib. Qanalı yarımmüdafiəçi bildirib ki, 5 saatdan çox çəkən səfərdən sonra uyğunlaşmağa çalışmalı və Çempionlar Liqasının III tur matçında hər şeyi düzgün etməlidirlər: "Uğurun açarı xırda detallardadır. Biz baş məşqçimizə qulaq asmalı, üstün oyun sərgiləməli, rəqibi təzyiq altında saxlamalı və hədəfimizə nail olmaq üçün çoxlu şans əldə etməliyik".

Özünü yaxşı hiss edən 24 yaşlı oyunçu rəqabətə hazır olduğunu və daha çox şans qazanmağa çalışacağını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlanacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.