banner
banner

Dünya

Polislər tətil edir

Polislər tətil edir

İtaliyanın paytaxtı Romada polislər tətil ediblər. Etiraz aksiyasına səbəb bir qrup polis əməkdaşının rəhbərlik tərəfindən işdən qovulacağına dair xəbərdarlıq alması olub. 5 minə yaxın polis işdən qovulması nəzərdə tutulan həmkarlarına dəstək olaraq yürüşə çıxıblar.

Məlumata görə, yeni il ərəfəsində polislərin qrip xəstəliyinə tutulması bəhanəsi ilə işə çıxmaması yerli icra hökumətinin qəzəbinə səbəb olub. Polislər xəstəliklərinə dair həkimdən arayış təqdim etsələr də, rəhbərlik arayışların saxta olduğundan şübhələnir.

Hazırda həmkarlar ittifaqı ilə yerli rəhbərlik arasında məsələyə dair müzakirələr gedir. Təqsirləri sübut olunacağı təqdirdə polislərin işdən qovulması xəbərdarlıqları reallaşa bilər.

Eyni zamanda, həkimləri saxtakarlığa görə cəza tədbirləri gözləyir.//ANS




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.