İŞİD terror qruplaşması üzvlərindən birini casusluqda ittiham edib.
ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması 19 yaşlı üzvü Dabik Muhamməd Musallam adlı gəncin MOSSAD-a işlədiyini öyrənib.
Ərəb mənşəli, İsrail vətəndaşı olan gəncin terror qruplaşmasının içinə soxularaq təşkilatın sirlərini, bazalarının yerini və digər əhəmiyyətli məlumatları İsrail hökumətinə – gizli servisə ötürdüyü bildirilir.
Musallamın atası Səidin sözlərinə görə, oğlu bir müddət əvvəl türkiyəyə səyahət edib, daha sonra isə evə zəng vuraraq onu ələ keçirdiklərini söyləyib.
Səid oğlunun İsrail kəşfiyyatına işləməsini inkar edib.
İsrail təhlükəsizlik servisinin nümayəndəsi də Musallamın hansısa tapşırığa cəlb olunmadığını, öz istəyi ilə Suriyaya yola düşərək İŞİD-ə qoşulduğunu iddia edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.