Premyer Liqanın 9-cu turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq olan “Sumqayıt” Futbol Klubu hazırlıqlarını davam etdirir. Amir Abasovun komandası bu gün “Kapital Bank Arena”da növbəti məşqinə çıxıb. “Qəbələ” ilə qarşılaşmada zədələnən Vüqar Bəybalayev artıq hazırlıq prosesinə qatılıb.
Bundan başqa, əvəzedici heyətin 3 üzvü də komanda ilə birlikdə çalışıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” FK hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.
Qeyd edək ki, “Sumqayıt” - “Zirə” qarşılaşması 21 oktyabr, saat 17:00-da keçiriləcək. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.