banner
banner

İdman

Türkiyədən “Qarabağ”a möhtəşəm dəstək

Türkiyədən “Qarabağ”a möhtəşəm dəstək

Bu günlərdə Azərbaycan çempionu “Qarabağ” futbol klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi. Komanda gözəl oyun nümayiş etdirərək nüfuzlu turnirdə ilk xalını İspaniyanın “Atletiko” klubu ilə ev oyununda qazandı. Bundan sonra dünyanın bir çox nüfuzlu mətbuatı Ağdam klubundan, Azərbaycan futbolundan yazmağa başladı. O cümlədən qardaş Türkiyə mətbuatında “Qarabağ”ın uğurlarından söz açıldı.

Lakin bununla yanaşı, Türkiyənin ən nüfuzlu mətbuat orqanlarından biri olan “Sabah” qəzetində Mevlut Tezel öz köşəsində “Qarabağ” klubu ilə bağlı aşağılayıcı fikirlər səsləndirdi. Belə ki, oyunu Bakı Olimpiya Stadionundan izləyən “Qarabağ” fanatlarından bir qrupu A4 kağızlarına “Qarabağ” yazaraq onları şəffaf paketə salıb nümayiş etdiriblər. Bu məqamı işıqlandıran Mevlut Tezel öz köşəsində yazıb:

“Futbol tarixinin ən kasıb, ən əzik, ən komik ”koreografisi" bu olsa gərək. Olsun, yavaş-yavaş onlar da öyrənəcək futbol mədəniyyətini".Yazarın bu ifadələri nəinki ölkəmizdə, hətta qardaş Türkiyədə də böyük narazılığa səbəb oldu. Minlərlə sosial şəbəkə izləyicisi köşə yazarını tənqid və təhqir etdi. Məsələyə azərbaycanlı rəsmilərin də reaksiyası gecikmədi. Millət vəkili Qənirə Paşayeva sosial şəbəkə vasitəsilə “Bu çirkin yazını qınayırıq” dedi: “Qardaş Türkiyədə, ”Sabah" qəzetində belə bir yazının olması bütün Azərbaycanı dərindən yaralamışdır. Azərbaycan insanları “Sabah” qəzetindən üzr istəməsini gözləyir. Məncə, qardaş Türkiyədə olan milyonlarla milli duyarlı olan insan da. 2 qardaş ölkə arasında gərginlik yaratmaq istəyənlərə icazə verməməliyik. “Qarabağ” oyununu bir çox televiziya ekranlarından milyonlarla insan izlədi. “Qarabağ” tərəfdarlarının ali reaksiyasını da. Təəssüf ki, biriləri başqa bir şey görmək istəyib  və bu cür yazıb. Üzr gözləyirik".

Related image

Beləliklə, sosial şəbəkələrdə məsələnin getdikcə daha da gərginləşdiyini görən “Sabah” qəzetinin rəhbərliyi Mevlut Tezelin yazısını qəzetin saytından silib. Adıçəkilən qəzetin baş redaktoru İsa Tatlıcan azxeber.com saytına açıqlamasında məsələyə bu cür şərh verib:

“Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib”.

O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib:

“Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz”.

Məsələ böyüdükdən sonra köşə yazarı öz twitter hesabında üzr istəməli olub:

“Diqqətli oxusanız, yazımın bu xoreoqrafiya haqqında əyləncəli bir şərh olduğunun şahidi olarsınız. Azərbaycan və Qarabağ xalqını incitdimsə, üzr istəyirəm”. Amma onun bu cür üzr istəməsi, “Azərbaycan və Qarabağ xalqı” deyə müraciət etməsi narazılığı bir qədər də artırdı. İzləyiciləri onu çox savadsız, “əzik” köşə yazarı adlandırıb. Bəziləri isə yazarın Azərbaycana olan qıcıq mövqeyinin təsadüfi olmadığnı, ermənipərəst olmasını aprel ayında paylaşdığı statusu ilə sübut ediblər. Belə ki, Mevlut Tezel həmin paylaşımında bildirib:

“Erməni olmaq onurdur. Erməni qardaşlarımı çox sevirəm, hər alanda dəstəkləməyə hazıram”.

Sosial şəbəkələrdə minlərlə “Qarabağ” fanatı öz dəstəyini verdiyi andan Türkiyə insanlarından da böyük dəstək gəlməyə başladı. Gözləri yaşardan dəstək isə oktyabrın 22-də Türkiyənin ən böyük derbilərindən biri “Qalatasaray” - “Fənərbaxça” görüşündə yaşandı. Türkiyəli fanatlar Mevlut Tezelin aşağılayıcı köşəsinə etiraz olaraq oyunda böyük “Qarabağ” plakatı açdılar. Sosial şəbəkədə isə “Fənərbaxça” tərəfdarları “Azərbaycan candır” paylaşımlarını ediblər. Klubun üzvləri isə bildiriblər ki, bu xoreoqrafiyanı məsxərəyə qoyanlar bizdən deyil: “Bir çox səhifələrdə lağ edilən bu xoreoqrafiya azmış kimi bir də qəzetdə bunu ”əzik" kimi qələmə veriblər. Lağ edənlər, alçaldanlar bizdən deyil. Azərbaycan candır".

Image result for Türkiyədən Qarabağ tezel

Təzyiqlərin artdığını görən yazar Mevlut Tezel sosial şəbəkədəki üzrxahlıqdan sonra qəzetdə dərc edilən köşəsində də bir daha üzr istəyib. O, “Heç kim Azərbaycana və ”Qarabağ"a olan sevgimizi sorğulaya bilməz" başlıqlı yazısında baş vermiş hadisəyə görə Türkiyə Milli Məclisinin keçmiş deputatı, Millətçi Hərəkət Partiyasının (MHP) üzvü Sinan Oğanı günahlandırıb. O, sabiq millət vəkilinin twitterdə yazdığı şərhlə məsələni qəsdən böyütdüyünü, azərbaycanlıları ona qarşı qaldırdığını yazıb. Çalışdığı “Sabah” qəzetinin daim bu cür təzyiqlərə məruz qaldığını bildirən yazar sosial şəbəkələrdə erməni olması və bu millətə dəstək verməsi ilə bağlı yayılan iddiaların heç bir əsası olmadığını da qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.