UEFA Azərbaycana 426 min 320 avro əlavə vəsait ayırıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan çempionatındakı klubların uşaq-gənclər futbolunun inkişafı ilə bağlı layihələrinin maliyyələşdirilməsi məqsədilə bu addım atılıb.
UEFA ümumilikdə 54 milli assosiasiyaya ayırdığı vəsaiti iki yerə bölüb. 2016-2017 mövsümündə UEFA Gənclər Liqasının qrup mərhələsində təmsil olunmuş 17 ölkəyə daha yüksək məbləğdə ödəniş edilib.
Qeyd edək ki, ötən mövsüm UEFA Gənclər Liqasında Azərbaycanı "Qəbələ" təmsil edib. "Qırmızı-qaralar" ilkin təsnifat mərhələsindəcə Rusiyanın "Dinamo"suna uduzaraq mübarizəni dayandırıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.