banner
banner

Dünya

Moldovada nə baş verir?

Moldovada nə baş verir?

Moldova parlamentinin spikeri Andrian Kandu Prezident İqor Dodonun əvəzinə dövlət başçısı səlahiyyətlərini icra edəcək.

Trend-in məlumatına görə, bundan başqa, spiker müdafiə nazirinin təyin edilməsi haqqında fərman imzalayacaq.

Oktyabrın 20-də Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin səlahiyyətlərini icra etməkdən imtina edəcəyi təqdirdə digər vəzifəli şəxsin dövlət başçısını əvəz etməsi ilə bağlı sorğusuna baxıb. Məhkəmə Moldova Prezidenti İ.Dodonun "müvəqqəti olaraq səlahiyyətlərini icra etmək qabiliyyətində olmadığını" bəyan edib və onun səlahiyyətlərinin parlament sədri və ya Baş nazir tərəfindən icrasına icazə verib.

İki gün əvvəl İ.Dodon parlamentin buraxılmasına, növbədənkənar seçkilərin və öz siyasətinə kütləvi dəstək aksiyalarının keçirilməsinə çağırmışdı: "Moldovanın növbədənkənar parlament seçkilərinin keçirilməsindən və prezident idarəçiliyi formasına keçiddən başqa yolu yoxdur".

Xatırladaq ki, Moldova parlamentli respublikadır. Deputatlar və İ.Dodon arasında daim fikir ayrılığı qeydə alınır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.