Rusiyada polisə hücum olub: ölən və yaralananlar var
Rusiyanın Yesentuki şəhərində silahlı insident baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, naməlum silahlıların polis əməkdaşlarına atəş açması nəticəsində 2 asayiş keşikçisi yaralanıb.
Məlumata əsasən, silahlılar sənədlərini yoxlamaq istəyən polis əməkdaşlarına atəş açıblar. Baş verən atışmada silahlılardan biri məhv edilib, digəri hadisə yerindən qaçıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.
Hazırda hadisə yerindən qaçan şəxsin tapılması və saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.