banner
banner

İdman

“Müqavilən varsa, başqa klubla görüşməməlisən” – Mircavadov Prosineçki haqda

“Müqavilən varsa, başqa klubla görüşməməlisən” –

“Prosineçkinin fəaliyyətini normal qiymətləndirirəm. Milli onun başçılığı altında 10 xal yığıb. Düzdür, çoxları deyir ki, xalların 6-nı San Marino ilə oyunda qazanıb. Amma o San Marinonu da udmaq lazımdır”.

Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov AFFA-nın bu gün millinin baş məşqçisi Robert Prosineçki ilə yolları ayırmasına münasibət bildirərkən deyib.

O,  müqavilənin müddətinin uzadılmamasını xorvatiyalı mütəxəssisin günahı hesab edib: “Bu, rəhbərliyin biləcəyi məsələdir. Hər şey yayda Türkiyə mətbuatının Prosineçkinin “Bursaspor”la razılığa gəlməsi haqda yazdıqlarından sonra başladı. Mən həmişə düzgünlüyün tərəfdarı olmuşam. Əgər müqavilən varsa, seçmə mərhələ bitməyibsə, başqa klubla görüşməməlisən. Səhv eləmirəmsə, iyun ayı idi. Prosineçki demişdi ki, Türkiyədən məni istəyirlər. Bu söhbət nəyə lazım idi? Peşəkar məşqçi heç vaxt belə etməz. Azərbaycanda hər zaman əcnəbi mütəxəssislərə yaxşı şərait yaradılıb. Bunun müqabilində, gərək, təmiz vicdanla işləsinlər”.

Mircavadovun fikrincə, milli komandanın baş məşqçisi yerli mütəxəssis olmalıdır: “Mən bunu 1993-cü ildən demişəm. Milli komandanı yerli mütəxəssis çalışdırmalıdır”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.