banner
banner

Dünya

Dünyanın ən böyük kompüter şəbəkəsi

Dünyanın ən böyük kompüter şəbəkəsi

Noyabrın 16-21-də ABŞ-ın Yeni Orlean şəhərində illik “Supercomputing Conference” (SC14) konfransı keçiriləcək.

Məlumata görə, burada superhesablamalar sahəsində ən son nailiyyətlərin nümayişi ilə yanaşı, dünyanın ən sürətli “SCinet” kompüter şəbəkəsi tikiləcək. Şəbəkə on mindən çox konfrans iştirakçısına və üç yüz iyirmi beş eksponat sahibinə xidmət göstərəcək.

Buraxılış qabiliyyəti 1 terabit/saniyə təşkil edəcək şəbəkənin layihələndirilməsində iştirak üçün dünyanın müxtəlif guşələrinin mütəxəssisləri cəlb olunacaq. Sərgi mərkəzində 145 km optik-lif kabel çəkiləcək. Şəbəkənin tikilməsinə və ən müasir avadanlığın alınmasına xərclər 20 milyon dolları ötəcək. Xüsusiləşdirilmiş proqram təminatı real vaxt rejimində sərgi iştirakçılarına müxtəlif seqmentlərin yüklənməsini və şəbəkənin digər parametrlərini nümayiş etdirəcək. Layihəyə akademiya, dövlət təşkilatları və sahə üzrə böyük oyunçular daxil olmaqla 58 müxtəlif təşkilatdan 110 könüllü cəlb edilib.

Şəbəkənin buraxılış qabiliyyəti eyni anda doqquz yüz yüksəkkeyfiyyətli sıxılmamış video axınının (format haqqında məlumat verilmir) yayımını təmin etməyə imkan verir, - "3DNews” yazır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.