Albaniya çempionatında 8-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, Rauf Əliyevin formasını geydiyi “Kukesi” öz meydanında “Vllaznia”nı qəbul edib.
Həmyerlimiz meydana start heyətində çıxıb və 90 dəqiqə mübarizə aparıb. Qarşılaşma Raufun komandası üçün uğursuz alınıb. İlk 19 dəqiqədə 2 dəfə məyus olan “Kukesi”nin gücü yalnız heç-heçəyə çatıb - 2:2.
Son 3 görüşdə fərqlənən Rauf Əliyev bu dəfə meydanı qolsuz tərk edib. O, 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 8 turdan sonra 17 xalı olan Raufun komandası lider “Skenderbeu”dan 5 xal geri qalır
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.