Çexiya çempionatında 12-ci turun oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" öz meydanında “Jihlava” ilə qarşılaşıb. Futbolçumuzun komandası 2:1 hesablı qələbə qazanıb.
Oyuna start heyətində başlayan K. Ağayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 12 turdan sonra “Mlada Boleslav” 14 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.