banner
banner

İdman

"Başqa nəticə gözləyirik" - Qabi

"Başqa nəticə gözləyirik" - Qabi

Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”ı qəbul edəcək “Atletiko”nun futbolçusu Qabi oyunöncəsi mətbuat konfransında iştirak edib. Qol.az-ın məlumatına görə,  34 yaşlı yarımmüdafiəçi öncə matçla bağlı fikirlərini bildirib:

- Sabah Bakıdakından fərqli “Atletiko” görəcəyik?

- Başqa nəticə gözləyirik. İlk oyunda “Qarabağ” bütün gücünü ortaya qoydu. Yaxşı oyun sərgilədi. Sabah isə tam fərqli olacağını düşünürəm.

- “Qarabağ”ın demək olar, bütün mövqelərdə itkiləri var. Bu, sizin üçün nəyisə dəyişir?

- Əlbəttə, yox. “Qarabağ”ın hansı heyətlə çıxacağını bilmirik. Ancaq bu, bizim üçün heç nəyi dəyişməyəcək. Eyni əzmkarlıqla bu oyuna çıxacağıq. 

- İki dəfə ÇL finalı oynasanız da, sabah qalib gəlməyəcəyiniz təqdirdə, növbəti mərhələyə adlamaya bilərsiz. Sabahkı qarşılaşmanı sizin üçün ən vacib oyun adlandırmaq olar?

- Əlbəttə, ən vacib oyun deyil. Bundan da vacib oyunlar keçirmişik. Ancaq sabah qalib gəlmək üçün var qüvvəmizi ortaya qoyacağıq.

- Son oyunlarda qalib gəlmədiyinizə görə geniş tənqidlərə məruz qalırsınız. Bu barədə nə deyə bilərsiniz?

- Tənqidləri qəbul edirik. Bütün gücümüzü bu vəziyyəti dəyişmək üçün istifadə edəcəyik.

- Bu gün burda yox, köhnə stadionda məşq etdiniz. Bunun sizin üçün bir fərqi oldumu? Sabahkı oyundan nə gözləyirsiniz?

- “Visente Kalderon”a qayıtmaq xüsusi bir hissdi. Ancaq “Vanda Metropolitano” stadionunda da yaxşı nəticələr qazanmalıyıq. Vaxtilə “Visente Kalderon”da da pis nəticələrimiz olmuşdu. Çalışıb, burda da yaxşı nəticələr qazanmağa başlamalıyıq.

- “Elçe” ilə oyundan sonra komanda ilə bağlı neqativ fikirlər səsləndirildi…

- Hərənin öz fikri var. Son oyunların ardından tənqidlər normaldı. Biz isə çalışırıq ki, bu vəziyyəti düzəldək.

- Keçən illə müqayisədə nəticələr bir xeyli zəifdi. Bunu oyunçu çatışmazlığı ilə bağlamaq olar? 

- Xal fərqi o qədər də çox deyil. “Çelsi” ilə matçın son dəqiqələrində qol buraxdıq. “Roma” ilə matçda isə üstün tərəf idik. Yalnız “Qarabağ”la qarşılaşmada yaxşı oynamamışdıq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.