banner
banner

İdman

AFFA-nın mətbuat katibi vəzifəsindən uzaqlaşdırıldı

AFFA-nın mətbuat katibi vəzifəsindən uzaqlaşdırıldı

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində dəyişiklik edilib.

Belə ki, assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə Modern.az-a açıqlama verən  M.Nərimanoğlu qeyd edib ki, o, müxtəlif komitələrdə koordinator vəzifəsinə təyin olunub:

“Artıq AFFA-nın mətbuat katibi kimi fəaliyyət göstərmirəm. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsi Firuz Abdullaya həvalə edilib. Mən isə komitələr üzrə koordinator təyin olunmuşam. Lakin  komitələrin adları yaxın günlərdə açıqlanacaq”.

Qeyd edək ki,  AFFA-nın yeni təyin olunan mətbuat katibi Firuz Abdulla bunadək sözügedən departamentdə baş mütəxəssis vəzifəsində çalışırdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.