banner
banner

İdman

"Kəpəz"in zədəliləri sıraya döndü

"Kəpəz"in zədəliləri sıraya döndü

“Kəpəz”in bir müddətdir zədəli olan futbolçusu Samba Diallonun vəziyyəti yaxşılaşıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fərdi məşqlər edən yarımmüdafiəçi bu gündən komanda ilə birgə hazırlıqlara qoşulub. “Neftçi” və “Keşlə” ilə oyunları buraxan Samba “Qarabağ”a qarşı matçda “sarı-göylər”ə kömək edə biləcək.

Yüngül zədəsi olan İlyas Səfərzadə də artıq hazırlıq prosesində iştirak edir. “Keşlə” ilə görüşdə zədələnərək əvəzlənən Viktor Oseqeylin də problemi aradan qalxıb. Əzələ gərilməsi diaqnozu qoyulan hücumçu özünü yaxşı hiss edir və ev oyununa hazır olacaq.

Fərid Məmmədov isə Ağdam klubuna qarşı matçı kənardan izləyəcək. Gənc futbolçunun zədəsi ciddidir. MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunub



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.