Moskva aeraportlarında 80-dən çox təyyarə reysi təxirə salındı.
ANS PRESS-in məlumatına görə, "RBK" xəbər verir ki, ləngiməyə səbəb kimi uyğunsuz hava şəraiti, güclü külək və yağıntı göstərilir.
"Yandex" cədvəlinin Moskva vaxtı ilə saat 02:00-a (Bakı vaxtı ilə 03:00) olan son vəziyyətinə görə Domodedovo aeraportunda 17, Şeremyetevodan isə 67 təyyarə səfərə çıxa bilmir. Uyğunsuz hava 29 aviareysin ümumiyyətlə ləğvinə səbəb olub.
Qeyd edək ki, bundan əvvəl Rusiya hidrometrologiya mərkəzi güclü küləklə əlaqədar olaraq Moskva üçün “sarı” təhlükə səviyyəsi elan etmişdi.
Rusiya Fövqəladə Hallar nazirliyindən bildiriblər ki, təhlükə bu gün ərzində qüvvədə qalacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.