Rusiya tərəfdarı separatçılar Avropa müşahidəçilərini Ukraynanın şərqində müharibənin getdiyi Debaltseve şəhərinə buraxmayıblar.
ANS PRESS-in məlumatına görə, ATƏT-dən bildiriblər ki, gecə yarısından başlayaraq Ukraynanın şərqində atışmaların dayandırılmasına dair razılıq əldə olunsa da, üsyançıların nəzarətindəki Luqansk və Donetsk arasındakı dəmir yolu qovşağı olan Debaltsevedə döyüşlər davam edir.
Üsyançıların iddiasına görə, atəşkəs razılığı Debaltseveyə şamil olunmur. Şəhərdə üsyançılar Ukrayna qüvvələrini mühasirəyə alıb.
Ukrayna ordusunun sözçüsü Andrey Lısenkonun sözlərinə görə, keçən həftə Belarus paytaxtı Minskdə əldə olunan atəşkəs razılığı qüvvəyə minəndən sonra bir neçə saat ərzində separatçılar Kiyev qüvvələrini 10 dəfədən artıq artilleriya hücumuna məruz qoyub. Ancaq o, ümumilikdə ölkənin şərqində sabitliyin bərqərar olduğunu bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko deyib ki, Luqansk regionunda atışmalara görə Rusiya kazakları məsuliyyət daşıyır.
Xatırladaq ki, Rusiya tərəfdarı separatçılar Debaltsevdə 8 minə yaxın Ukrayna ordusu əsgərini mühasirədə saxlayır. Ukrayna tərəfin xəbəri təkzib edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.