banner
banner

İdman

"Hələ çempionluq haqda düşünmürük" – Qara Qarayev

"Hələ çempionluq haqda düşünmürük"

"Çempionatın ən ağır oyunlarından biri oldu. Matça yaxşı hazırlaşmışdıq. Məqsədimiz xal itirməmək idi və buna da nail olduq".

Bu sözləri Qol.Az-a "Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 22-ci turunda "Simurq"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

"Oyunun əvvəlində "Simurq" daha çox müdafiə olundu, ikinci hissədə isə hücumeyilli oyun nümayiş etdirdilər. Qarşılaşmanın sonlarına yaxın müdafiıdə boşluqlar oldu. Oyunçularımız artıq yorulmuşdular. Buna baxmayaraq, boşluqları doldurmağa çalışdıq" -deyə o bildirib.

Q.Qarayev onu da qeyd edib ki, hələ çempionluq haqda düşünmürlər:

"Sadəcə, qarşıdakı oyunlara hazırlaşırıq. Hər matça qələbəni düşünərək çıxırıq".

Q.Qarayev Azərbaycan Premyer Liqasının növbəti turunda qarşılaşacaqları "Neftçi" ilə görüş öncəsi fikirlərini də bildirib:

"Neftçi" ilə oyunlar gərgin və maraqlı keçir. Bu qarşılaşmaya bütün azarkeşlərimizi dəvət edirəm".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.