ABŞ Prezidenti Donald Tramp Asiya turnesi çərçivəsində noyabrın 7-də Koreya Respublikasına səfər edib.
D.Trampın səfəri iki günçəkəcək. O, səfərinə ABŞ hərbi bazası olan Hamfris düşərgəsinə baş çəkməklə başlayacaq. Prezident bazada ABŞ və Cənubi Koreya hərbçiləri qarşısında çıxış edərək, Koreya yarımadasındakı təhlükəsizlik məsələləri barədə danışacaq.
Səfər çərçivəsində Koreya Respublikasının Prezidenti Mun Ce-in ilə görüşdə ölkə başçıları ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Koreya yarımadasında yaranmış vəziyyəti, Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı birgə müdafiə mövzularını da müzakirə edəcəklər.
ABŞ Prezidenti Donald Tramp Koreya Respublikasından sonra Çinə gedəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.