“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muarem hazırda çıxış etdiyi “Aktobe”dən göndəriləcək.
"Aktobe"nin idman direktoru Maksat Tyumaliyev bildirib ki, yeni ildən makedoniyalı futbolçu da daxil olmaqla 5 əcnəbi futbolçu ilə yollar ayrılacaq. O, buna səbəb kimi, Muaremin istənilən səviyyədə çıxış etməməsini göstərib.
Qeyd edək ki, Muarem “Aktobe”yə bu ilin yayından “Qarabağ”la müqaviləsi başa çatdıqdan sonra keçib. O, qazax klubunun heyətində 15 oyun keçirib və 1 qol vurub. Bu qol isə Qazaxıstan çempionatından oktuabrın ən yaxşı qolu seçilib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.