Gələn il Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək komandalardan daha birinin adı məlum olub. Son olaraq Danimarka mundiala vəsiqə əldə ediblər. Bununla da DÇ-2018-ə vəsiqəni təmin edən komandaların sayı 30-ə çatıb:
Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya, İsveç, Danimarka
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.