banner
banner

Dünya

Fəthullah Gülən o ölkəyə qaçacaq

Fəthullah Gülən o ölkəyə qaçacaq

Barəsində həbs qətimkan tədbiri seçilən Fəthullah Gülənin Türkiyə ilə ekstradisiya razılığı olmayan Kanadaya qaçmaq istədiyi barədə iddia bir daha gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, ötən gün “Fuat Avni” hesabı ilə tvitter fenomenlərindən birinə çevrilən şəxsin ifşa olunmasından sonra onun digər şəxslərlə mesajlaşmasına baxılıb və bəzi yazışmalar diqqət çəkib.

Onlardan biri də “Fuat Avni” hesabını idarə etdiyi iddia olunan Emre Uslunun Cümhuriyyət Xalq Partiyası (CHP) millət vəkili Akif Həmzə Çəbi ilə birbaşa mesajlar (PM) bölümündən yazışdıqları olub.

“Qorxulası bir şey yoxdur. Mən bir müdirlə danışdım. Xoca əəfəndi Kanadaya keçəcək. Kanadadən suçlu iadəsi yoxdur” – deyə 10 aydır ABŞ-da yaşayan Emre Uslu CHP millət vəkilinə yazdığı mesajda bildirib.

Qeyd edək ki, Türkiyədə “Paralel hökumət” əməliyyatı çərçivəsində on gün əvvəl keçirilən məhkəmədə din xadimi Fəthullah Gülənin haqqında həbs qərarı çıxıb. O, terror təşkilatına liderlikdə təqsirləndirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.